"Liverpul"dan sensasiyalı gediş: Mbappenin anası ilə danışıqlar başladı!

"Liverpul"dan sensasiyalı gediş: Mbappenin anası ilə danışıqlar başladı!
08.10.2026 08:15 İdman

Madrid "Real"ının hücumçusu Kilian Mbappe 2027-ci ildə "Liverpul"a keçməyə hazırdır. 

TodayPress TV xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Fransua Qalyardo məlumat verib.

"Liverpul" artıq hücumçunun anası və meneceri Fayza Lamari ilə əlaqə saxlayıb. Futbolçunun ingilis klubları arasında əsas üstünlük verdiyi komanda məhz "Liverpul"dur.

Məlumata görə, Mbappe "Real"ın soyunub-geyinmə otağında dəstək hiss etmir və bu durum onda narahatlıq yaradır. 

Qeyd edək ki, fransalı hücumçu 2024-cü ilin yayında PSJ ilə müqaviləsi bitdikdən sonra azad agent statusunda Madrid təmsilçisinə qoşulub. Onun "kral klubu" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Mbappe "Real"ın heyətində keçirdiyi 111 matçda 94 qol vurub və 14 məhsuldar ötürmə edib.

Sentyabr ayında hücumçu əsas hədəfinin "Qızıl top"u Madrid klubuna qaytarmaq olduğunu bəyan edib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər