“Neftçi”dən vacib qələbə - Yevlaxda 3 xal!
İdman
05.05.2026 17:57
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda “Karvan-Yevlax” ilə “Neftçi” arasında keçirilən oyun Bakı klubunun üstünlüyü ilə başa çatıb.
TodayPress TV xəbər verir ki, Rauf Cabarovun idarə etdiyi qarşılaşma Yevlax şəhər stadionunda oynanılıb.
Matçın 31-ci dəqiqəsində İmad Faraj hesabı açaraq “Neftçi”ni önə keçirib - 0:1. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissədə Bakı təmsilçisi üstünlüyünü daha da artırıb. 50-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 0:2 edib.
57-ci dəqiqədə isə Freddi Varqas fərqlənərək yekun nəticəni müəyyənləşdirib - 0:3.
Bu qələbədən sonra “Neftçi” xallarını 50-yə çatdıraraq turnir cədvəlində dördüncü pilləyə - avrokubok zonasına yüksəlib. “Karvan-Yevlax” isə 14 xalla sonuncu sırada qərarlaşıb.
Namiq HUN
tag: Karvan-Yevlax,Neftçi,Azərbaycan Premyer Liqası,Futbol,Todaypress.tv,
