Naqelsmann dünyaya mesaj verdi: “Fokusumuz yalnız qələbədir!”

İdman

21.03.2026 09:17

Futbol üzrə Almaniya yığma komandasının baş məşqçisi Yulian Naqelsmann dünyadakı geosiyasi vəziyyətin 2026 FIFA Dünya Çempionatı ərəfəsində təsiri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, “Bayern & Germany” nəşri məşqçinin söhbətini paylaşıb.

“Dünyada baş verənlərdən tam şəkildə uzaq qalmaq mümkün deyil. Təbii ki, bir fərd olaraq mənim də öz baxışlarım, prinsiplərim və inanclarım var. Amma peşəkar fəaliyyətim çərçivəsində, futbol tərəfinə cavabdeh olduğum üçün diqqətimi məhz idmana yönəldirəm.

Bizim vəzifəmiz turnirdə layiqli çıxış etmək və hətta skeptik yanaşanlarda belə yaxşı təəssürat yaratmaqdır. Məqsədim dünya çempionatında uğurlu nəticə əldə etməkdir”, – deyə o bildirib.

Qeyd edək ki, 2026 FIFA Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: FIFA,Almaniya,DÇ,Bayern,Todaypress.tv,