Namik Ələskərovun “Zirə” macərası başa çatdı!
“Zirə” futbol klubu yarımmüdafiəçi Namik Ələskərovla yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barərə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Namik Ələskərov 2025-ci ildən “Zirə”nin formasını geyinirdi.
Namiq HUN