Mundial həyəcanı Torontoda: Kanada meydana çıxır
Futbol üzrə dünya çempionatının ev sahiblərindən biri olan Kanada bu gün mundialda ilk oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, B qrupunda mübarizə aparan Kanada millisi ilk turda Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək. Matç “Bimo Fild” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, D qrupunda yer alan ABŞ yığması isə ev sahibliyi etdiyi dünya çempionatında ilk oyununu iyunun 13-də Bakı vaxtı ilə saat 05:00-da Paraqvay millisinə qarşı keçirəcək.
Namiq HUN