Militao mövsümü erkən bitirə bilər
İdman
09.12.2025 11:32
“Real Madrid” klubunun futbolçusu Eder Militao uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
TodayPress TV insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, müdafiəçi sol ayağının bud nahiyəsindəki ikiqat əzələnin qopması və proksimal vətərin zədələnməsi səbəbindən 3-4 ay oynamayacaq.
Militaonun bərpa prosesinin bu qədər uzun çəkməsi vətər zədəsinin ayağın hərəkət funksiyasını ciddi şəkildə məhdudlaşdırması ilə bağlıdır.
Qeyd edək ki, Eder Militao La Liqanın XV turunda “Selta” ilə oyunda (0:2) zədələnib. 27 yaşlı futbolçu cari mövsüm “Real”da meydana çıxdığı 16 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Namiq HUN
tag: Eder Militao,Real Madrid,Klub,Zədə,Todaypress.tv,
Əfsanəyə böyük ehtiram: “Dinamo” stadionuna Luçeskunun adı verilir
10.04.2026
Buxarest “Dinamo”sunun yeni stadionu Mirça Luçeskunun adını daşıyacaq. TodayPress TV xəbər verir ki, bu barədə “Med...
Azərbaycan gimnastları III MDB Oyunlarını 8 medalla bitirdilər
08.10.2025
Azərbaycan bədii gimnastlarının III MDB Oyunlarından qazancı 8 medal olub. TodayPress TV xəbər verir ki, təmsilçilə...
"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verildi
21.11.2025
"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib.TodayPress TV xəbər verir ki, Azərbaycan Şahmat Federasi...
Luka Donçiç Maykl Cordanın 40 illik rekordunu təkrarladı
26.03.2026
ABŞ-nin "Los Anceles Leykers" klubunun basketbolçusu Luka Donçiç Milli Basketbol Assosiasiyasında (NBA) əfsanəvi Maykl C...
Yunan-Roma güləşçilərimiz dünya çempionatında üçüncü olublar
24.10.2025
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında üçüncü yeri tutubla...
Veteran hokkeyçi NHL-i “qanlı yarış” adlandırdı
09.10.2025
Çexiyalı sabiq qapıçı Dominik Haşek yeni ABŞ Milli Hokkey Liqası (NHL) mövsümünün startı ilə bağlı fikirlərini böl...
“Mançester Yunayted”də qərar anı – Kerrik favoritlər arasındadır
04.05.2026
Maykl Kerrik “Mançester Yunayted” ilə baş məşqçi postu üzrə rəsmi danışıqlar gözləyir. TodayPress TV xəbər verir ki...
Portuqaliyalı ulduzun yeni ünvanı İtaliya ola bilər
24.04.2026
Bernardu Silva karyerasını “Yuventus” klubunda davam etdirə bilər.TodayPress TV xəbər verir ki, Turin təmsilçisi “Mançes...
Lekler Sinqapur, Bakı və Las Veqas mərhələlərini seçdi
16.09.2025
“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula 1” üzrə dünya çempionatının cari mövsümündə ən yaxşı nəticələr əldə e...
Futbolçular üçün azı 21 günlük məzuniyyət dövrü təmin ediləcək
13.07.2025
FIFA və futbolçuların beynəlxalq həmkarlar ittifaqları razılığa gəliblər.TodayPress TV xəbər verir ki, mövsüm başa çatdı...
