Messi "İnter Mayami"nin yeni stadionda ilk qolunu vurdu

Messi "İnter Mayami"nin yeni stadionda ilk qolunu vurdu
05.04.2026 12:16 İdman

Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"nin yeni stadionu olan "Nu Stadium"da vurulan ilk qolun müəllifi olub.

TodayPress TV xəbər verir ki, "İnter Mayami" yeni arenada ilk matçını keçirib.

Komanda MLS-in müntəzəm çempionatı çərçivəsində "Ostin"i qəbul edib. Messi 10-cu dəqiqədə fərqlənib. Görüş 2:2 hesabı ilə başa çatıb.

"Nu Stadium"un maksimal tutumu 26 700 nəfərdir. Əvvəllər "İnter Mayami" Fort-Loderdeyl şəhərindəki "Çeyz-Stedium"da çıxış edirdi.

Messi 2023-cü ilin yayından "İnter Mayami"nin heyətində çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir.

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər