Luçesku məşqçilər arasında rekorda imza atdı

Luçesku məşqçilər arasında rekorda imza atdı
28.03.2026 15:00 İdman

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.

TodayPress TV bu barədə “Transfermarkt”a istinadən xəbər verir.

Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə pley-off oyununda (0:1) 80 yaş 7 aylığında komandasını meydana çıxararaq tarixə düşüb.

Bununla o, Kuk adaları millisinin sabiq çalışdırıcısı Alan Taylor-ın (80 yaş 6 ay) rekordunu geridə qoyub.

Qeyd edək ki, Luçesku məşqçilik karyerasına 1979-cu ildə başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər