Regional kanallar çökdü, NHL hərəkətə keçdi!

Regional kanallar çökdü, NHL hərəkətə keçdi!
06.08.2026 11:48 İdman

NHL bəzi regional idman yayım şəbəkələrinin maliyyə problemləri fonunda “NHL Productions” adlı yeni istehsal şirkəti yaratdığını açıqlayıb.

TodayPress TV Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni qurum dörd klubun, o cümlədən “Columbus Blue Jackets” komandasının oyunlarının yerli televiziya yayımlarının hazırlanmasına cavabdeh olacaq. 

Qərar “FanDuel Sports Network” kimi regional yayım şəbəkələrinin müflis olması səbəbindən qəbul edilib.

Liqanın məlumatına görə, bu addım dəyişən media mühitinə uyğunlaşmaq və azarkeşlər üçün oyunların fasiləsiz yayımlanmasını təmin etmək məqsədi daşıyır. 

İndiyədək NHL də daxil olmaqla bir sıra idman liqalarının yerli yayımları regional idman kanallarından asılı idi. Həmin şəbəkələrin maliyyə çətinlikləri və sonrakı müflisliyi liqaları yeni həll yolları axtarmağa vadar edib.

NHL hesab edir ki, “NHL Productions” sayəsində yayımların keyfiyyəti və əlçatanlığı üzərində daha böyük nəzarət mümkün olacaq. Bundan əlavə, yeni şirkət liqaya media məzmununun kommersiyalaşdırılması istiqamətində əlavə imkanlar yaradacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər