Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi!

Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi!
06.08.2026 09:24 İdman

“Barselona” və İspaniya millisinin yarımmüdafiəçisi Qavi son dünya çempionatından əvvəl verdiyi qeyri-adi vədi yerinə yetirərək saçlarını çəhrayı rəngə boyayıb.

TodayPress TV xəbər verir ki, ispan futbolçu mundialın qrup mərhələsi zamanı yığması çempion olacağı təqdirdə saçlarını çəhrayı rəngə boyayacağını açıqlamışdı.

O, finaldan iki həftə sonra bu vədini reallaşdırıb.

Qavi yeni görünüşünü sosial şəbəkə hesabında paylaşaraq fotoya “Sözünün üstündə duran insan” sözlərini və gülən emoci əlavə edib.

Qeyd edək ki, İspaniya millisinin digər futbolçusu Mark Kukurelya da dünya çempionluğunu qeyd etmək üçün əvvəl verdiyi sözə əməl edib. Müdafiəçi saçlarını hördürüb və baş məşqçi Luis de la Fuentenin portretini döymə etdirib.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilib. Finalda İspaniya Argentinanı məğlub edərək dünya çempionu olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər