London klubu hücumu yeniləyir - hədəfdə Reşford var

İdman

02.05.2026 10:44

Markus Reşford karyerasını “Tottenhem Hotspur” klubunda davam etdirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Hazırda “Mançester Yunayted”ə məxsus olan və icarə əsasında “Barselona”da çıxış edən hücumçuya London klubu ciddi maraq göstərir.

Məlumata görə, “Tottenhem” rəhbərliyi forvardın oyununu yaxından izləyir və onu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Lakin transfer yalnız komandanın İngiltərə Premyer Liqasında yerini qoruyacağı halda reallaşa bilər. 

Qeyd edək ki, daha əvvəl insayder Nikolo Skira Reşfordun “Barselona” ilə 2030-cu ilə qədər nəzərdə tutulan tamhüquqlu müqavilə üzrə razılığa gəldiyini bildirmişdi. Buna baxmayaraq, “Tottenhem” futbolçunun transferi üçün mübarizəni davam etdirir və yalnız aşağı liqaya düşəcəyi halda bu plandan imtina edə bilər.

Namiq HUN

TodayPress TV

tag: Markus Reşford,Tottenhem Hotspur,Mançester Yunayted,Barselona,Todaypress.tv,