Lebrondan növbəti möhtəşəm səhifə: 12 min assist
Lebron Ceyms NBA tarixində daha bir böyük nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, 41 yaşlı amerikalı basketbolçu “Los-Anceles Leykers”in heyətində “Finiks Sanz”a qarşı keçirilən oyunda (101:73) karyerasında 12 000 məhsuldar ötürmə həddini keçib.
Bu göstərici ilə Lebron NBA tarixində bu nailiyyətə çatan dördüncü basketbolçu olub.
Tarixdə ən çox assist edən oyunçu Con Stoktondur (15 806 ötürmə). İkinci yerdə Kris Pol (12 552), üçüncü yerdə isə Ceyson Kidd (12 091) qərarlaşıb.
Lebronun arxasında isə Rassell Uestbruk (10 351) gəlir.
Namiq HUN