Lebron uşaqlıq arzusunu açıqladı!

İdman

29.04.2026 16:16

“Los-Anceles Leykers” klubunun lideri, amerikalı basketbolçu Lebron Ceyms uşaqlıq illərində əfsanəvi Maykl Cordanın ona ilham verdiyini etiraf edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə ESPN portalına danışıb.

41 yaşlı NBA ulduzu Ohayo ştatının Akron şəhərində böyüyərkən Cordan kimi olmağı xəyal etdiyini bildirib.

“Mən heç vaxt Cordan kimi ola biləcəyimi düşünmürdüm, amma onun yerində olmağı arzulayırdım. Böyük oyuna çıxıb son saniyələrdə qələbə topunu atmağı xəyal edirdim. Öz idman ayaqqabılarımın olmasını istəyirdim. Onun kimi meydanda uçmaq istəyirdim. İnsanların adımı qışqırmasını istəyirdim. Cordanın etdiyi hər şeyi arzulayırdım.

Uşaqlıqda musiqidə və idmanda örnək götürəcəyim insanlara ehtiyacım var idi. Mənə bu lazım idi”, - deyə Lebron açıqlayıb.

Namiq HUN

TodayPress TV

tag: Los-Anceles Leykers,Lebron Ceyms,Maykl Cordan,NBA,Todaypress.tv,