“Kolorado” ardıcıl 90 oyun günü NHL cədvəlinə liderlik edəcək

İdman

03.02.2026 15:37

ABŞ Milli Hokkey Liqasının (NHL) “Kolorado Evelanş” klubu turnir cədvəlinin zirvəsində qalma müddətinə görə rekord müəyyənləşdirəcək.

TodayPress TV NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 9 fevral tarixində “Kolorado” ardıcıl 90-cı oyun gününü ümumi turnir cədvəlinin lideri kimi keçirəcək. 

Klub olimpiya fasiləsinə də birinci pillədə yollanmağı artıq təmin edib, bu isə qurum tarixində yeni rekord deməkdir. Əvvəlki rekord 1996/1997 mövsümündə qeydə alınmış 91 oyun günü idi.

Qeyd edək ki, 2013/2014 mövsümündən tətbiq edilən “wild-card” formatından sonra yalnız üç komanda ardıcıl ən azı 90 oyun günü NHL cədvəlinə liderlik edib və hər üç halda bu, Prezident Kubokunun qazanılması ilə nəticələnib:

“Tampa-Bey Laytninq” (2018/2019) – 122 oyun günü

“Boston Brüinz” (2022/2023) – 121 oyun günü

“Vaşinqton Kepitalz” (2015/2016) – 92 oyun günü

NHL tarixində ümumi turnir cədvəlinin lideri kimi ardıcıl ən çox oyun günü rekordu isə “Monreal Kanadiens” klubuna məxsusdur -  1976/1977 mövsümündə 158 oyun günü.

Namiq HUN

TodayPress TV

tag: “Kolorado”,NHL cədvəli,ABŞ Milli Hokkey Liqası, “Kolorado Evelanş” klubu,Todaypress.tv,