Kenan Yıldız yenidən diqqət mərkəzində
“Yuventus” klubunun futbolçusu Kenan Yıldız İtaliya A Seriyasında mükafata layiq görülüb.
TodayPress TV xəbər verir ki, gənc hücumçu ən yüksək performans göstərən futbolçu kimi “Ayın yüksələn ulduzu” adına sahib olub.
Mükafat futbolçuya dekabrın 20-də keçiriləcək “Yuventus” - “Roma” matçında təqdim ediləcək.
Qeyd edək ki, Kenan Yıldız noyabr ayında keçirdiyi 3 liqa oyununda 2 qol vurub. O, cari mövsümdə isə bütün yarışlarda meydana çıxdığı 19 matçda 6 qola imza atıb.
Xatırladaq ki, Yıldız avqustda ayın oyunçusu seçilib.
Namiq HUN