“İstedadlarımızı digər idman növlərinə itiririk” - Makinroy həyəcan təbili çaldı
Yeddiqat “Böyük Dəbilqə” çempionu amerikalı keçmiş tennisçi Con Makinroy ölkəsində tennis idman növünün üzləşdiyi əsas problemlərdən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” məlumat yayıb.
Makinroy bildirib ki, tennis Avropa ilə müqayisədə ABŞ-də kifayət qədər əlçatan deyil. Tennisin baha idman növü olması maliyyə baxımından ciddi maneələr yaradır. ABŞ-də ən istedadlı idmançılar tennisi deyil, əsasən Amerika futbolu, basketbol və ya adi futbolu seçirlər.
Qadın tennisində vəziyyətin daha yaxşı olduğunu qeyd edən Makinroy, bunun səbəbini bərabər mükafat fondunun olması və Serena Uilyams kimi ulduzların tennisi seçməsi ilə izah edib.
Namiq HUN