İsrail futbolunda qalmaqal: FIFA-dan cərimə və sərt ittihamlar
İdman
20.03.2026 09:03
FIFA İntizam Komitəsi İsrail Futbol Assosiasiyası (IFA) barəsində sanksiya tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Dünya futbol qurumu İsrail Futbol Assosiasiyasını yarışlardan kənarlaşdırmayıb. Lakin İntizam Komitəsi “diskriminasiyaya qarşı öhdəliklərin ciddi və təkrar pozulması” səbəbilə IFA-nı 150 min İsveçrə frankı (təxminən 165 min avro) məbləğində cərimələyib.
40 səhifəlik qərarda İsrail futbolunda baş vermiş bir sıra irqçi insidentlər sadalanır. Assosiasiya “irqçiliyi pisləyən heç bir ictimai bəyanat verməyib, heç bir antidiskriminasiya kampaniyası başlatmayıb və ərəb və ya fələstinli oyunçuların inklüzivliyini təşviq etmək üçün addımlar atmayıb”.
Namiq HUN
tag: FIFA,IFA,Sanksiya,Cərimə,Todaypress.tv,
