İslamiada: Şpaqaçımız üçüncü oldu

İslamiada: Şpaqaçımız üçüncü oldu
18.11.2025 09:41 İdman

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlarda mükafatçılar müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, şpaqa növü üzrə kişilərin şəxsi yarışında Vahab Fətullayev bürünc medal qazanıb.

Ər-Riyad turnirinin qrup mərhələsini 4 qələbə ilə başa vuran Vahab yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. Şpaqaçımız finalın bir addımlığında özbəkistanlı Javokhirbek Nurmatova 11:15 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV 

FOTOLAR

İslamiada: Şpaqaçımız üçüncü oldu — 1
İslamiada: Şpaqaçımız üçüncü oldu — 2
İslamiada: Şpaqaçımız üçüncü oldu — 3
XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər