İngiltərə çempionatına sayğısızlıq? – Fransa mətbuatından qalmaqallı "Qızıl top" siyahısı!

İngiltərə çempionatına sayğısızlıq? – Fransa mətbuatından qalmaqallı "Qızıl top" siyahısı!
15.09.2026 10:11 İdman

Fransanın nüfuzlu “L’Équipe” nəşri 2026-cı ilin “Qızıl top” (Ballon d'Or) mükafatı uğrunda mübarizə aparan ən güclü 5 futbolçunun siyahısını qəzetin ilk səhifəsində dərc edib.

TodayPress TV xəbər verir ki, nəşrin versiyasına görə, dünyanın ən nüfuzlu fərdi futbol mükafatına əsas namizədlər sırasına İngiltərə Premyer Liqasından (APL) heç bir futbolçu daxil edilməyib.

5 əsas namizəd:

Harri Keyn (“Bavariya”)

Lionel Messi (“İnter Mayami”)

Lamin Yamal (“Barselona”)

Kilian Mbappe (“Real Madrid”) 

Usman Dembele (PSJ)

Mükafatın hazırkı sahibi PSJ-nin fransalı vingeri Usman Dembeledir.

Yubiley – 70-ci “Qızıl top” təqdimetmə mərasimi 26 oktyabr 2026-cı il tarixində Londonda keçiriləcək.

Qalib FIFA reytinqində ilk 100 pillədə qərarlaşan ölkələrdən seçilmiş 100 jurnalist arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.

Namiq HUN

TodayPress TV

FOTOLAR

İngiltərə çempionatına sayğısızlıq? – Fransa mətbuatından qalmaqallı "Qızıl top" siyahısı! — 1
XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər