Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazandı

Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazandı
21.03.2026 22:00 İdman

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gəlib.

Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər