Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı!
“Formula-1” üzrə sabiq avstriyalı pilot Gerhard Berger yeddiqat dünya çempionu Lyuis Hemiltonun “Ferrari”dəki çıxışını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Formula-1”in mətbuat xidməti məlumat yayıb.
66 yaşlı keçmiş pilot bildirib ki, Hemiltonun İtaliya komandasına uyğunlaşması asan olmayıb:
“Hamımız qalib gələn “Ferrari”ni görməkdən məmnunuq. Lyuis üçün də çox sevinirəm, çünki onun üçün bu dövr həqiqətən çətin keçdi. O, “Ferrari”yə əvvəlki uğurlarını təkrarlamaq arzusu ilə gəldi. Lakin həm texniki baxımdan, həm də çox sürətli komanda yoldaşı ilə rəqabət baxımından mürəkkəb vəziyyətə düşdü. Ötən il onun üçün ağır idi. İndi isə görünür ki, bu çətin mərhələni geridə qoymağa və vəziyyəti nəzarətə almağa başlayıb”.
Namiq HUN