Futbolçularımız Qəbələdə meydana çıxacaq: Rəqiblər Moldova və Yaponiyadır

Futbolçularımız Qəbələdə meydana çıxacaq: Rəqiblər Moldova və Yaponiyadır
16.09.2026 08:00 İdman

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək.

TodayPress TV xəbər verir ki, U-20 millimiz oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya yığması ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, U-20 milli komandamızın təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər