Flikin komandasında əvəzolunmaz ulduz: Rafinya hələ də liderdir

Flikin komandasında əvəzolunmaz ulduz: Rafinya hələ də liderdir
21.03.2026 12:48 İdman

Rafinya “Barselona” klubunda karyerasını davam etdirməkdə maraqlıdır.

TodayPress TV “Sport.es” saytına istinadən xəbər verir ki, forvard artıq komandanın inkişaf etdirilməsi lazım olan aspektləri barədə idarə heyəti ilə müzakirələr aparıb.

Mənbəyə görə, “Barselona” Rafinyanın həm meydanda, həm də meydandan kənarda əhəmiyyətini qəbul edir. O, baş məşqçi Hans-Diter Flikin sistemində əvəzolunmaz futbolçudur. 29 yaşlı hücumçunun yaxın gələcəkdə müqaviləsini uzatması ehtimalı yüksəkdir.

Qeyd edək ki, cari mövsümdə Rafinya bütün turnirlərdə 30 oyunda iştirak edib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər