Ferstappen əvvəlki kimi dominant deyil? Rassell danışdı
Rassell 2026-cı il “Formula-1” mövsümündə komandadaxili mübarizəni izah edib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Rassell bildirib ki, cari mövsüm bir çox komandalarda pilotlar arasındakı fərq əvvəlki illərlə müqayisədə daha azdır.
“Bu, qəribə mövsümdür. Keçən il Oskar Piastrinin Lando Norrisə qarşı rəqabətinə, Şarl Leklerin Lyuis Hemiltonla müqayisəsinə və hətta əvvəlki dövrdə Maks Ferstappenin bütün komanda yoldaşları üzərindəki üstünlüyünə baxanda bunu görmək mümkündür.
Bu il mən, Şarl və Oskar komanda yoldaşlarımızla müqayisədə daha çox çətinlik çəkirik. Maksın isə komanda yoldaşları son altı ildə heç vaxt olmadığı qədər ona yaxın çıxış edirlər.
Hamımızın pilotaj üslubu kifayət qədər oxşardır və bu il sürücülər çox yaxşı performans göstərirlər. Kiminin, Lyuisin və Landonun da pilotaj üslubları bir-birinə yaxındır. Buna görə də mənim üçün bu bolidlə və bu təkərlərlə nəyə nail olmalı olduğum tamamilə aydındır. Bayaq qeyd etdiyim pilotlarla bağlı tendensiyalar bunu açıq şəkildə göstərir”, – deyə Rassell bildirib.
Qeyd edək ki, Rassell 2026-cı il mövsümündə “Mercedes”in əsas pilotlarından biridir. Britaniyalı sürücünün fikrincə, cari mövsüm aparıcı komandaların daxilində pilotlar arasındakı rəqabət əvvəlki illərlə müqayisədə daha balanslı xarakter daşıyır.
Namiq HUN