Fatih Tekkenin yerinə almaniyalı məşqçi gəlir?

Fatih Tekkenin yerinə almaniyalı məşqçi gəlir?
15.09.2026 15:06 İdman

“Trabzonspor” baş məşqçi namizədi ilə danışıqlara başlayıb.

TodayPress TV xəbər verir ki, Fatih Tekkenin ayrılmasından sonra baş məşqçi axtarışlarını davam etdirən “Trabzonspor” namizədlərdən biri ilə danışıqlara başlayıb.

“HT Spor”un məlumatına görə, Türkiyə klubu almaniyalı mütəxəssis Tomas Raysla görüş keçirib.

Bildirilir ki, “Trabzonspor” artıq almaniyalı çalışdırıcının Türkiyəyə gəlməsi üçün təyyarə də hazırlayıb.

Tomas Rays 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək “Samsunspor”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında keçirdiyi 72 oyunda 33 qələbə qazanıb, 18 heç-heçə edib və 21 dəfə məğlub olub.

Hazırda Rays Bolqarıstanın “Ludoqorets” klubunun baş məşqçisidir. Komanda ölkə çempionatında 9 turdan sonra 23 xal toplayıb və lider “Levski Sofiya”dan 2 xal geri qalır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər