Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi!

Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi!
07.08.2026 12:47 İdman

Azərbaycanlı qolfçu Emin Rzayev beynəlxalq arenada növbəti uğuruna imza atıb.

TodayPress TV xəbər verir ki, gənc idmançı Qazaxıstanda keçirilən “Kazakhstan Junior Open 2026” turnirinin qalibi olub.

Emin Rzayev Almatıda təşkil olunan iki günlük yarışın yekununda 10 yaş kateqoriyasında bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da yeniyetmə qolfçu ötənilki uğurunu təkrarlayıb və “Kazakhstan Junior Open” turnirinin ardıcıl ikinci dəfə çempionu olub.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər