Dopinq şoku: Karcedo Zabolotnıya sahib çıxdı!

İdman

05.05.2026 12:13

Xuan Karlos Karcedo “Spartak Moskva” klubunun hücumçusu Anton Zabolotnı ilə bağlı dopinq xəbərlərinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Matç TV” məlumat yayıb. 

İspan mütəxəssis futbolçuya dəstək olduğunu vurğulayıb:

“Dünən bu xəbəri öyrəndik. Bu nə onun üçün, nə də komanda üçün yaxşı haldır. Amma Anton əsl peşəkardır, yaxşı insandır. Biz onu dəstəklədik və ümid edirik ki, hər şey yaxşı bitəcək”, — deyə Karsedo açıqlamasında bildirib.

Qeyd edək ki, Zabolotnı cari mövsüm “Spartak”ın heyətində bütün turnirlərdə 16 oyuna çıxsa da, hələ qol vura bilməyib.

Namiq HUN

TodayPress TV

tag: Xuan Karlos Karcedo,Spartak Moskva,Anton Zabolotnı,Dopinq,Todaypress.tv,