Derbi məğlubiyyəti fanatları özündən çıxardı

İdman

15.12.2025 13:38

“Nyukasl” klubunun azarkeşləri Premyer Liqanın XVI turunda “Sanderlend”ə məğlubiyyətdən sonra qalmaqallı insidentlə gündəmə gəliblər.

TodayPress TV xəbər verir ki, “sağsağanlar”ın fanatları oyundan sonra barlardan birində stolları sındırıb, stulları ataraq obyektə ciddi ziyan vurublar.

İlkin ehtimala əsasən, hadisəyə səbəb barda “Sanderlend” azarkeşi ilə baş verən qarşıdurma olub.

Qeyd edək ki, “Stadium of Light” arenasında keçirilən matçda “qara pişiklər” (1:0) qələbə qazanıblar. Oyunda yeganə qolu 46-cı dəqiqədə Voltemade vurub.

Xatırladaq ki, “Nyukasl” və “Sanderlend” klubları ötən əsrin əvvəlindən bəri bir-biri ilə prinsipial rəqabət aparırlar. Bu komandalar arasında keçirilən oyunlar Tayn–Uir derbisi və ya Şimal-Şərq derbisi kimi tanınır.

Namiq HUN

TodayPress TV

tag: Nyukasl,Sanderlend,Məğlubiyyət,Qarşıdurma,Todaypress.tv,