İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır”

İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır”
11.08.2026 00:10 Dünya

İran XİN sözçüsü İsmayıl Bəqai ABŞ-nin İrana qarşı sanksiya siyasətini sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, o, Vaşinqtonun diplomatiya əvəzinə sanksiyalara üstünlük verdiyini və bunun artıq “siyasət deyil, vərdişə çevrildiyini” bildirib.

Bəqai ABŞ maliyyə nazirinin İrana qarşı iqtisadi sanksiyaların ölkəni “boğduğunu” deməsini də tənqid edib. Onun sözlərinə görə, ABŞ sanksiyalar nəticə vermədikdə onların “dozasını artırır”.

İran rəsmisi bildirib ki, Tehran onilliklər ərzində sanksiyalarla ölkəni “boğmağın” mümkün olmadığını nümayiş etdirib. O, ABŞ siyasətçilərinin bu yanaşmadan əl çəkməyəcəyi təqdirdə böhrandan çıxış üçün son imkanlarını da itirə biləcəklərini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər