Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistanın Kazandakı Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, onların meyitləri məhkəmə-tibbi ekspertiza başa çatdıqdan sonra vətənlərinə göndəriləcək.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə PUA hücumu nəticəsində 13 nəfər həlak olub, 70-dən çox insan tibbi yardım üçün müraciət edib, 21 yaralı xəstəxanaya yerləşdirilib.
Tatarıstanda həlak olanlarla əlaqədar matəm elan edilib.