Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu!

Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu!
10.08.2026 21:25 Dünya

Odessa vilayətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, pilot kabinədən uğurla katapult edə bilib.

Məlumata görə, uçuş zamanı fövqəladə vəziyyət yaranıb və bu, hava gəmisinin qəzaya uğramasına səbəb olub. Hazırda məlumdur ki, pilot təyyarəni fövqəladə tərk etmə sistemini vaxtında işə sala bilib.

Hərbi Hava Qüvvələrinin komandanlığı və ya hüquq-mühafizə orqanları tərəfindən aviasiya insidentinin şəraiti və səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər