Daha iki yarımfinal, daha iki bürünc medal!

İdman

15.12.2025 09:54

Almaniyada keçirilən yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. 

TodayPress TV xəbər verir ki, Keinbaum turnirində Azərbaycan yığma komandasının daha 2 boksçusu yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kq) Maria Spennatoya (İtaliya) ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə qarşılaşacaq.

Şahin Aslanov (60 kq) isə 1/4 final döyüşündə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib. Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Qeyd edək ki, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kq) Şükar Əliyev (75 kq) də bu hüquqa yiyələniblər.

Namiq HUN

TodayPress TV

tag: Boks,Medal,Uğur,U17,Todaypress.tv,