Castin Qeycidən səmimi etiraf: “İslam Maxaçovun intizamı analoqsuzdur!”
UFC-nin yüngül çəki dərəcəsində 37 yaşlı çempionu, amerikalı Castin Qeyci daha çox spektakl xarakterli döyüş üslubuna üstünlük verməsinə baxmayaraq, yarımorta çəkidə UFC çempionu rusiyalı İslam Maxaçovun böyük azarkeşi olmasının səbəbini izah edib.
TodayPress TV “FREAK.MMA” sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Qeyci Maxaçovun intizamına və idman nailiyyətlərinə böyük hörmətlə yanaşdığını bildirib:
“Təbii ki, mən qalibləri sevirəm, buna görə də İslam Maxaçovun böyük azarkeşiyəm. MMA-ya baxanda daha fərqli döyüş üslubuna üstünlük verirəm, bu baxımdan İslamın döyüşləri mənim üçün ən sevimli tamaşa deyil. Lakin onun bu səviyyədə olmasına tamamilə hörmət edirəm. Bu idmançıların uşaqlıqdan sambo ilə məşğul olmaları, kiçik yaşlardan ağrılı və boğucu fəndlər üzərində işləmələri böyük rol oynayır.
Üstəlik, onlar müsəlmandır. Həyatlarında heç vaxt spirtli içki qəbul etməyib, siqaret çəkməyiblər. Onların intizamı analoqsuzdur. İslam sahib olduğu bütün mükafatlara və nailiyyətlərə tam layiqdir”.
Namiq HUN