Böyük Dəbilqə çempionundan Federerə çağırış: Bərabərlik üçün səsini ucalt!

Böyük Dəbilqə çempionundan Federerə çağırış: Bərabərlik üçün səsini ucalt!
15.09.2026 10:07 İdman

12 qat “Böyük Dəbilqə” çempionu amerikalı Billi Cin Kinq isveçrəli əfsanəvi tennisçi Rocer Federeri kişi və qadın tennisçilər üçün bərabər mükafat fondu uğrunda kifayət qədər aktiv mübarizə aparmadığına görə tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Racquet” nəşri məlumat yayıb. 

Kinq Federerin iki oğlu və iki qızı olduğunu xatırladaraq, onun öz evində belə bərabərliyin hökm sürdüyünü, bu səbəbdən də bərabərlik uğrunda daha fəal səs ucaltmalı olduğunu bildirib.

Böyük səs-küy yaratmaqdan çəkinən Federerin bu mövzuda passiv qaldığını vurğulayan Kinq, “Mən də pul qazanmaq istərdim” ifadəsini işlədib.

Avqustun 29-dan 30-na keçən gecə ABŞ-nin Nyuport şəhərində 20 qat “Böyük Dəbilqə” çempionu Rocer Federerin Tennis Şöhrət Zalına daxil edilmə mərasimi baş tutub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər