Bilet qiymətləri rekord həddə çatdı – final matçı
DÇ-2026 final matçı biletlərinin qiymətində kəskin artım baş verib.
TodayPress TV xəbər verir ki, “Associated Press” agentliyi biletlərin qiymətlərinin yüksəlməsini işıqlandırıb.
Dekabr ayında ən bahalı bilet 8 680 dollar (təxminən 14 750 AZN) təşkil edirdisə, hazırda onun qiyməti 10 990 dollara (təxminən 18 680 AZN) çatıb.
Digər kateqoriyalarda da qiymət artımı müşahidə olunur:
İkinci kateqoriya: 5 575 dollardan 7 380 dollara (təxminən 12 540 AZN)
Üçüncü kateqoriya: 4 185 dollardan 5 785 dollara (təxminən 9 830 AZN)
Namiq HUN