İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var

İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var
07.08.2026 21:31 Dünya

İranın Mircavə şəhərində hərbçilərin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazinin yaxınlığında güclü partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində bir neçə hərbçi həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb. Lakin ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.

Partlayışdan sonra ərazi tamamilə mühasirəyə alınıb, yaralılar Zahedandakı xəstəxanalara çatdırılıblar.

İran hakimiyyəti insidentlə bağlı hələlik heç bir açıqlama verməyib. Partlayışa görə məsuliyyəti də heç kim üzərinə götürməyib.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər