Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU!
Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə olunduğu iddia edilən liman infrastrukturu və dəniz gəmilərinə zərbələri davam etdirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, "Yujnı" limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş yanacaq materialları saxlanılan çənlər, Qara dənizin akvatoriyasında isə silah və hərbi əmlak daşıdığı bildirilən iki quru yük gəmisi vurulub.
Bildirilib ki, gün ərzində zərbələr yüksək dəqiqlikli yerüstü bazalı silahlar və zərbə tipli pilotsuz uçuş aparatları ilə endirilib.
Aysel Mətləb