İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır?

İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır?
07.08.2026 18:08 Dünya

İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Suriya ilə sərhədi keçərək ərəb respublikasının cənubunda yerləşən Dəra vilayətinə daxil olublar.

TodayPress TV xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Telekanalın məlumatına görə, insident Dəra vilayətinin qərb hissəsində baş verib.

Bildirilir ki, İsrail qüvvələri geri çəkilməzdən əvvəl iki yaşayış məntəqəsinə atəş açıblar. Yerli sakinlər arasında itki barədə məlumat verilməyib.

Bundan əvvəl Suriya hakimiyyəti dəfələrlə İsraili ərəb respublikasının cənub bölgələrində sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.

Eyni zamanda, iyulun 26-da Suriya Prezidenti Əhməd əl-Şaraa İsraillə qarşıdurmadan yayınmağa çalışdığını vurğulayıb. Onun sözlərinə görə, Dəməşq dost ölkələrin vasitəçiliyi ilə yəhudi dövləti ilə "təhlükəsizlik sazişi" əldə etmək istiqamətində çalışır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər