Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir?

Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir?
07.08.2026 18:50 Dünya

Ukrayna 2026-cı ilin ikinci yarısında ixrac gəlirlərinin azalması səbəbindən 2 milyard dollardan çox birbaşa maliyyə itkisi ilə üzləşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" ölkənin Milli Bankının inflyasiya hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, əvvəlki blokada mərhələlərində olduğu kimi, Ukrayna yük daşımalarını alternativ marşrutlara – dəmir yolu, avtomobil nəqliyyatı və Dunay limanlarına yönəldir.

Bununla belə, bu marşrutların buraxılış qabiliyyəti kifayət etmir. Əvvəllər Ukrayna ayda 4–4,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edirdisə, alternativ marşrutlar vasitəsilə bu göstərici ayda cəmi 2,5 milyon tona çatır.

Söhbət avqust-oktyabr aylarından gedir. Belə ki, quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi aşağı düşüb və bu da onun buraxılış imkanlarını məhdudlaşdırıb.

Logistikanın alternativ marşrutlara yönəldilməsi aqrar sektorun məhsulların saxlanılması və daşınması xərclərini artıracaq. İxrac gəlirlərinin azalmasından yaranacaq birbaşa itkilərin 2 milyard dollara çatacağı gözlənilir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər