Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR
Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə partlayıcı maddələrlə yüklənmiş qayıq vasitəsilə neft tankerinə hücum cəhdinin qarşısını aldıqlarını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə hərbi qurumla əlaqəli KİV məlumat yayıb.
Bildirilib ki, patrul qüvvələri Əl-Muxa elektrik stansiyası yaxınlığındakı sularda şübhəli qayığı aşkar edərək lazımi tədbirlər görüblər.
Məlumata görə, qayıq hədəfə çatmamış partlayıb.
Aysel Mətləb