Beyl: “Madriddə belə işləyirlər, nəticə yoxdursa, yol ayrılır”

Beyl: “Madriddə belə işləyirlər, nəticə yoxdursa, yol ayrılır”
21.01.2026 17:41 İdman

“Tottenhem”, Madrid “Real”ı və Uels millisinin sabiq yarımmüdafiəçisi Qaret Beyl “kral klubu”nun baş məşqçi postundan Xabi Alonsonun uzaqlaşdırılmasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Madrid Xtrası məlumat yayıb. 

“Xabi? Mən təəccüblənmədim. “Real”ın necə işlədiyini bilirəm. Əgər nəticə yoxdursa, açığı, elə də nəticə yox idi. O zaman səni işdən çıxarırlar”, - deyə Beyl bildirib. 

Xatırladaq ki, ispan mütəxəssis 2025-ci ilin yayından etibarən Madrid “Real”ını çalışdırırdı. Xabi Alonso daha əvvəl Leverkuzen “Bayer”ində işləyib. Hazırda “Real”ın yeni baş məşqçisi klubun sabiq futbolçusu Alvaro Arbeloadır.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər