Benzema “Əl-Hilal”da: Səudiyyə futbolunda güc balansı dəyişir
İdman
03.02.2026 10:50
Fransa millisinin sabiq hücumçusu, “Qızıl top”un sahibi Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə X üzərindən məlumat yayıb.
Benzema “Əl-Hilal”a Səudiyyənin digər nəhəng klubu “Əl-İttihad”dan keçib.
Daha əvvəl yayılan məlumatlara görə, forvard klubun təklif etdiyi yeni müqavilədən imtina edib və karyerasını başqa komandada davam etdirməyi üstün tutub.
Xatırladaq ki, Benzema 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 21 oyunda 16 qol vuraraq yüksək performans nümayiş etdirib. Bu statistika “Əl-Hilal”ın niyə məhz onu seçdiyini aydın göstərir.
Transferin diqqət çəkən məqamlarından biri isə pərdəarxası narazılıqlardır. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) eyni zamanda “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına nəzarət edir. Ulduz futbolçuların bir klubdan digərinə transferi liqada daxili rəqabət və gərginliyi daha da artırır.
Benzemanın “Əl-Hilal”a keçidi yalnız transfer deyil, həm də Səudiyyə futbolunda liderlik və nüfuz savaşı kimi qiymətləndirilir. Bu addım “Əl-Hilal”ı çempionluğun əsas favoriti statusuna daha da yaxınlaşdırır.
Namiq HUN
tag: Kərim Benzema,Müqavilə,Klub,Təklif,Todaypress.tv,
