“Bavariya”nın qapıçısı sıradan çıxdı

İdman

15.12.2025 16:58

“Bavariya” klubunun qapıçısı Manuel Noyer zədələnib.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı qolkiperə sağ bud əzələsinin cırılması diaqnozu qoyulub.

Həkimlər hazırda futbolçunun bərpa müddəti ilə bağlı konkret vaxt açıqlamayıblar.

Manuel Noyer Almaniya Bundesliqasının XIV turunda “Maynts 05”lə keçirilən oyunda (2:2) zədələnib. Buna baxmayaraq, Münhen təmsilçisinin kapitanı qarşılaşmanı sonadək meydanda keçirib.

Qeyd edək ki, 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan Manuel Noyer klub karyerası ərzində 581 oyunda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, təcrübəli qolkiper 12 dəfə Almaniya çempionu, 5 dəfə ölkə kubokunun, 7 dəfə Superkubokun qalibi olub. O, həmçinin “Bavariya”nın heyətində 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Bavariya,Manuel Noyer,Klub,Qapıçı,Zədə,Todaypress.tv,