Bakı klubunda böyük razılaşma: liderlər qalır
“Neftçi” klubu iki aparıcı futbolçusu ilə müqaviləni uzatmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “İdmanxeber.az” məlumat yayıb.
Klub rəhbərliyi yarımmüdafiəçi Emin Mahmudov və qapıçı Emil Balayevə yeni müqavilə təklif edəcək. Artıq hər iki futbolçu ilə şifahi razılıq əldə olunub.
Qeyd edək ki, Emin Mahmudov cari mövsüm “Neftçi”nin heyətində meydana çıxdığı 31 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Emil Balayev isə heyətdə yer aldığı 4 matçın 2-də qapısını toxunulmaz saxlayıb.
Namiq HUN