Badmintonçularımızdan Avropada medal gözləntisi
İspaniyada keçiriləcək badminton üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan idmançıları müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Uelvadə təşkil olunacaq turnirdə ölkəmizi kişilərin fərdi yarışında Edi Reski Dviçayo, qadınların mübarizəsində isə Keişa Fatimə Zəhra təmsil edəcək.
Milli komanda üzvləri baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında qitə birinciliyində çıxış edəcəklər.
Qeyd edək ki, badminton üzrə Avropa çempionatı aprelin 6-dan 12-dək davam edəcək.
Namiq HUN