Azərbaycanlı hakimlər Avropada – yeni təyinatlar!
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
TodayPress TV xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda 3 oyunda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva B qrupunda aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi olacaq. Aprelin 15-də isə Kosovo – Litva görüşündə ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi olacaq.
Qeyd edək ki, oyunlar Kaunas şəhərində keçiriləcək.
Namiq HUN