Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyada gümüş medal əldə etdi

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyada gümüş medal əldə etdi
25.03.2026 14:30 İdman

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.

TodayPress TV Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, 20 yaşlı idmançı parabadmintonçuların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) fərqlənib.

Təmsilçimiz polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər