Azərbaycan komandası dramatik qələbə ilə finala yüksəldi
Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarının finalına vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, komandamız finala gedən yolda İspaniya kollektivinə əsas vaxtı 3:3 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında qalib gəlib.
Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada Azərbaycan futzalla yanaşı, stolüstü tennis üzrə yarışlarda da təmsil olunur.
Namiq HUN