Azərbaycan gimnastlarından dünya çempionatında gümüş medal!
Azərbaycan gimnastları aerobika gimnastikası üzrə Dünya çempionatında gümüş medal qazanıblar.
TodayPress TV xəbər verir ki, 11-13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən yarışda Azərbaycanı qarışıq cütlük proqramında Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.
Avropa çempionu olan cütlük təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Gimnastlarımız final mərhələsində də uğurlu çıxış nümayiş etdirərək 0,1 xal fərqlə ikinci yeri tutublar.
Beləliklə, Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatının gümüş medalına sahib olublar.
Qeyd edək ki, mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.