Azərbaycan döyüş sənətləri böyük ustadını itirdi

Azərbaycan döyüş sənətləri böyük ustadını itirdi
27.01.2026 15:02 İdman

Azərbaycanın əməkdar məşqçisi Mirəli Seyidov 69 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, Azərbaycanın karate və cüdo-citsu məktəbinin əsasını qoyan tanınmış mütəxəssis uzun müddət xərçəng və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi.

Qeyd edək ki, ölkədə döyüş sənətlərinin inkişafına böyük töhfələr vermiş Mirəli Seyidov uzun illər Ciu-citsu Federasiyasının prezidenti vəzifəsini icra edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər